Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar artıb və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 147 milyon 793 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 milyon 573 min manat və ya 45% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 102 milyon 220 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 89 milyon 637 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 345 min manat və ya 8,9% çoxdur.
əvvəlki ilin eyni dövründə 82 milyon 292 min manat sığorta ödənişləri edilmişdi.