Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 295 milyon 635 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 78 milyon 141 min manat və ya 36% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 217 milyon 494 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 99 milyon 114 min manat təşkil edib ki, bu da illik müqayisədə 11 milyon 908 min manat və ya 13,7% çoxdur.
Ötən ilin eyni dövründə 87 milyon 206 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 34% təşkil edib. Zərərlilik son bir ildə 7% azalıb,
Ötən ilin eyni dövründə zərərlilik 40% idi.