2024-cü ilin yanvar ayında Azərbaycanda sığorta yığımları 5,5% və ya 7,3 milyon manat artaraq 139,1 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Ötən ilin yanvar ayında sığorta bazarı üzrə yığımların həcmi 131,8 milyon manat təşkil edib.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 10,3% və ya 3,6 milyon manat artaraq 38,9 milyon manata yüksəlib. 2023-ci ilin yanvar ayında bu rəqəm 35,2 milyon manat olub.
Ötən il sığorta bazarının zərərliyi nisbətən artıb. Belə ki, 2023-ci ilin yanvar ayında sığortaçılar topladıqları hər 100 manatın 26,7 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin ilk ayında bu rəqəm 27,9 manata kimi artıb. (Apa)