Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 170 milyon 930 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 milyon 80 min manat və ya 50,1% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 113 milyon 844 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 97 milyon 907 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 629 min manat və ya 8,4% çoxdur.
Əvvəlki ilin eyni dövründə 90 milyon 280 min manat sığorta ödənişləri edilmişdi.