Azərbaycanda şirkət illik mənfəətinin 10%-ni işçilərinə sosisla dəstək üçün ayırıb.
Eləcə də bax: «MEQA Sığorta»nın vəziyyəti - MƏLUM OLDU - HESABAT
FED.az xəbər verir ki, bu «Meqa Sığorta» şirkətidir. «Meqa Sığorta»nın yarım illik hesabatına əsasən, səhmdarların iyunun 10da keçirilən iclasında qərara alınıb ki, «Meqa Sığorta» ASC-nin 2019-cu il üzrə bölüşdürülməmiş mənfəətinin 10%-i məbləğində istehlak fondu yaradılacaq. «Bu vəsait sosial vəziyyətin (kapital qoyuluşundan başqa) inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsinə və cəmiyyətin işçilərinin maddi həvəsləndirilməsinə, eləcə də bu kimi analoji tədbirlərin həyata keçirilməsinə yönəldiləcək»-deyə qərarda bildirilir.
Qeyd edək ki, 2019-cu ildə «Meqa Sığorta»nın xalis mənfəəti 3 milyon 553 min manat olub.