Bu ilin I yarsında Azərbaycanda ən çox yığımlara malik olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımları toplayan şirkət 339,8 milyon manatla "Paşa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 171,1 milyon manatla "Paşa Sığorta" şirkəti gəlir.
47 milyon manat sığorta yığımı əldə edən "Qala Sığorta" üçüncü olub.
Müştərilərindən təqribən 45 milyon manat yığım əldə edən "Atəşgah Həyat Sıəğorta Şirkəti" dördüncü yerdə qərarlaşıb.
"Atəşgah Sığorta Şirkəti" isə 26,8 milyon manat toplamaqla 5-ci yeri tutub.
Digər 5 sığorta şirkətinin yığımları isə 10 milyon manatdan yüksəkdir.
Belə ki, "Meqa Sığorta" ASC 17,9 milyon manat, “Azərbaycan Sənaye Sığorta” ASC 13,9 milyon manat, "Aqrar Sığorta" şirkəti 11,2 milyon manat, "Qala Həyat Sığorta" şirkəti 10,9 milyon manat, "Xalq Sığorta" şirkəti isə 10,8 milyon manat sığorta haqqı toplayıb.