Azərbaycan sığorta bazarında auditor xidmətləri sahəsində son illərdə maraqlı dəyişikliklər baş verib.
Azərbaycanda bankların illik auditini kim aparır? – ŞİRKƏTLƏR, SİYAHI (2023-2024)
İnvestisiya şirkətlərinin illik auditini kim aparır? – ŞİRKƏTLƏR, SİYAHI (2023-2024)
FED.az xəbər verir ki, 2023 və 2024-cü illərə aid məlumatlar göstərir ki, bəzi sığorta şirkətləri auditorlarını dəyişərək yeni əməkdaşlıqlara başlayıblar, digərləri isə mövcud auditor şirkətləri ilə davam edirlər.
Araşdırmalar göstərir ki, ən çox sığorta şirkətinə xidmət göstərən auditor şirkət 2023 və 2024-cü illərdə “Caspian Consulting and Partners” MMC olub. 2023-cü ildə bu auditor şirkəti “Paşa Həyat Sığorta”, “Paşa Sığorta”, “Qala Sığorta”, “Qala Həyat Sığorta” və “A group” kimi 5 sığorta şirkətinin maliyyə hesabatlarını hazırlayıb.
2024-cü ildə isə “Caspian Consulting and Partners” müştərilərinin bir hissəsini itirib. Doğrudur, «Paşa Həyat Sığorta», «Paşa Sığorta» və «Azre Təkrara Sığorta» ilə əməkdaşlıq, eyni zamanda, A group şirkəti bu auditorla yanaşı, BDO Azerbaijan LLC ilə də birlikdə çalışıb.
Əvəzində «Qala Sığorta» və «Qala Həyat Sığorta» şirkətləri “Caspian Consulting and Partners”in xidmətindən imtina edərək "İATC" MMC-yə keçiblər.
Bununla yanaşı, bir sıra audit şirkətləri və sərbəst auditorlar müştərilərini itiriblər. Məsələn, «Azre Təkrara Sığorta» 2023-də sərbəst auditor Elnur İbrahimov ilə çalışırdısa, 2024-cü ildə “Caspian Consulting and Partners” MMC ilə əməkdaşlıq etməyə başlayıb.
«Meqa Sığorta» və «Meqa Həyat şirkətləri» isə əvvəlcə “Grant Thornton” MMC ilə işləyirdilər, sonradan sərbəst auditor İlham Süleyman ilə davam ediblər.
«Xalq Sığorta» da auditorunu dəyişib – 2023-cü ildə «Xalq Sığorta» şirkəti “TNM Audit” MMC-lə işlədiyi halda, 2024-də “ANR Audit” MMC-yə keçib.
Son illər böyük dəyişikliklər yaşayan «AzSığorta» şirkəti maliyyə hesabatlarının hazırlanmasını “KF Audit” MMC-dən “M & J Konsaltinq” MMC-yə həvalə edib, «İpək Yolu Sığorta» isə bu vəzifəni “Reanda Azerbaijan” MMC-yə təhvil verib. Beləliklə, “KF Audit” MMC bir il içərisində 2 müştərisini itirib.
«Ata Sığorta» isə 2023-cü ildə “KH.J.A Audit-Consultinq Xidməti” MMC ilə çalışarkən, 2024-cü ildə “NZA Audit” MMC şirkətini seçib.
Bu auditor dəyişiklikləri bazarda rəqabətin artdığını və sığorta şirkətlərinin auditor seçimində daha çox fərqli variantlara üstünlük verdiyini göstərir. Daha detallı cədvəldə:
№ |
Sığorta şirkəti |
2023 |
2024 |
1 |
Paşa Həyat Sığorta |
“Caspian Consulting and Partners” MMC |
“Caspian Consulting and Partners” MMC |
2 |
Paşa Sığorta |
“Caspian Consulting and Partners” MMC |
“Caspian Consulting and Partners” MMC |
3 |
Azre Təkrara Sığorta |
Sərbəst auditor Elnur İbrahimov |
“Caspian Consulting and Partners” MMC |
4 |
Xalq Sığorta |
"TNM Audit" MMC |
"ANR Audit" MMC |
5 |
Qala Sığorta |
“Caspian Consulting and Partners” MMC |
"İATC" MMC |
6 |
Qala Həyat Sığorta |
“Caspian Consulting and Partners” MMC |
"İATC" MMC |
7 |
Atəşgah Həyat |
“Grant Thornton” MMC |
“Grant Thornton” MMC |
8 |
Azərbaycan Sənaye Sığorta |
“Economic CHA” MMC |
“Economic CHA” MMC |
9 |
Meqa Sığorta |
“Grant Thornton” MMC |
Sərbəst auditor İlham Süleyman |
10 |
Xalq Həyat Sığorta |
"ANR Audit" MMC |
"ANR Audit" MMC |
11 |
AzSığorta |
“KF Audit” MMC |
“M ənd J Konsaltinq” MMC |
12 |
Meqa Həyat |
“Grant Thornton” MMC |
Sərbəst auditor İlham Süleyman |
13 |
A group |
“Caspian Consulting and Partners” MMC |
Caspian Consulting şirkəti və BDO Azerbaijan LLC |
14 |
İpək Yolu Sığorta |
“KF Audit” MMC |
“Reanda Azerbaijan” MMC |
15 |
Atəşgah Sığorta |
“Grant Thornton” MMC |
“Grant Thornton” MMC |
16 |
Ata Sığorta |
“KH.J.A Audit-Consultinq Xidməti" MMC |
“NZA Audit” MMC |