Ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin aktiv sığorta müqavilələri üzrə öhdəlikləri "A-Qrup Sığorta" ASC-yə ötürülüb.
Sığorta şirkətləri 2020-ci ili belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR – MƏBLƏĞLƏR (2020)
FED.az xəbər verir ki, bu barədə bazarı tərk etmiş şirkətdən bildirilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Rəvan Sığorta"nın lisenziyasını ötən ay ləğv edib. Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, şirkətin könüllü müraciəti əsasında qəbul olunub.(report)