Dövlət sığorta şirkəti olan «Azərsığorta»nın işçilərinin sayı 2019-cu ildə kəskin artıb.
Eləcə də bax: «Fitch Ratings»: «Azsığorta»nın yüksək investisiya riskləri var, bazar payını itirir»
FED.az xəbər verir ki, 2019-cu ilin sonunda şirkətin əməkdaşlarının sayı 428 nəfər olub ki, bu da 2018-ci illə müqayisədə 93 nəfər və ya 28% artıqdır. Sığorta şirkətinin işlədiyi agentlərin sayında da artım var.
Ötən il «Azərsığorta» 75 agentlə işləyib ki, bu da 2018-ci ildən 6 agent artıqdır.