2021-ci ilin 7 ayı ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən 528 milyon 258 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 533 min manat və ya 11,7% çoxdur.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 12% Böyüyüb
2020-ci ilin 7 ayında sığorta şirkətləri tərəfindən 472 milyon 725 min manat sığorta haqları toplanmışdı.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta ödənişləri ötən ilin 7 ayı ərzində 227 milyon 129 min manat ikən, bu ilin 7 ayında 301 milyon 179 min manat təşkil edib (74 milyon 50 min manat vıə ya 32,6% artıb). (Marja)
2021-ci ilin iyul ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri: