Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 528,258 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: ASA: Son günlər baş verən təbii fəlakətlər - Sığorta Hadisəsi Sayılır
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 301,179 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 32,6 % çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 48 manat olub. (Report)