Azərbaycanda sığorta fəaliyyəti ilə məşğul olan iri və orta sahibkarlıq subyektlərinin maliyyyə hesabatlarının auditi həyata keçiriləcək.
Eləcə də bax: Sığorta vasitəçilərinin AMB qarşısında hesabatlılığı - Müəyyən Ediləcək
FED.az xəbər verir ki, bu barədə “Sığorta fəaliyyəti haqqında” Qanunun 93.2-ci maddəsinə edilmiş əlavədə göstərilir.
Qanuna əsasən, hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin (iri və orta sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur. (Report)