Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 797,625 milyon manat sığorta haqqının 635,289 milyon manatı və yaxud 79,65%-i 5 sığorta şirkətinin payına düşüb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (343,083 milyon manat), "PAŞA Sığorta" (182,918 milyon manat), “Atəşgah Həyat Sığorta” (40,382 milyon manat), “Qala Sığorta” (34,707 milyon manat) və “Xalq Sığorta” (34,199 milyon manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (1,952 milyon manat), “Meqa Həyat Sığorta” (2,021 milyon manat), “Bakı Sığorta” (5,4 milyon manat), “Atasığorta” (4,297 milyon manat) və “Günay Sığorta” (6,402 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 20,072 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,5%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 142,264 milyon manat (17,85%) təşkil edib. (Renkinq)