Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 398,001 milyon manat sığorta haqqının 318,209 milyon manatı və yaxud 79,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta ödənişi/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-MAY,2021)
FED.z Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (139,858 milyon manat), "PAŞA Sığorta" (95,593 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 42,197 milyon manat), eləcə də “Qala Sığorta” (20,916 milyon manat) və “Atəşgah Həyat Sığorta” (19,645 milyon manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazarı tərk etmiş “Rəvan Sığorta” (0 manat), bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (212 min manat), eləcə də "Naxçıvan Sığorta" (817 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,416 milyon manat) və “Bakı Sığorta” (1,538 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,983 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi yığımları isə 75,899 milyon manat (19,1%) təşkil edib. (Renkinq)