Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 528,258 milyon manat sığorta haqqının 412,072 milyon manatı və yaxud 78%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL,2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (190,209 milyon manat), "PAŞA Sığorta" (120,693 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 47,15 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (28,304 milyon manat) və “Qala Sığorta” (25,716 milyon manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (266 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,229 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (2,796 milyon manat), “Bakı Sığorta” (2,973 milyon manat) və “Xalq Həyat Sığorta” (3,025 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 10,289 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,95%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 105,897 milyon manat (20,05%) təşkil edib. (Renkinq)