Azərbaycanda şəxsi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 122 milyon 723 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 823 min manat və ya 8% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 113 milyon 900 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 74 milyon 151 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 433 min manat və ya 11,1% çoxdur.
Ötən ilin eyni dövründə 66 milyon 718 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 60% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 59% təşkil edib.