Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 30 milyon 461 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 483 min manat və ya 27% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 23 milyon 978 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 978 min manat təşkil edib ki, bu da illik müqayisədə 310 min manat və ya 13,6% azdır.
Ötən ilin eyni dövründə 2 milyon 286 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 10% təşkil edib.