Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 342 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 269 min manat və ya 4 dəfə çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 milyon 74 min manat təşkil edib.