Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 37 milyon 819 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 632 min manat və ya 21,3% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 31 milyon 186 min manat təşkil edib.