Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində 10 sığorta şirkəti xidmət göstərir.
Avtomobili hansı şirkətdə kasko sığorta etmək daha sərfəlidir? –MƏBLƏĞLƏR, ŞƏRTLƏR
FED.az İcbari Sığorta Bürosuna (İSB) istinadla xəbər verir ki, "Yaşıl Kart" sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti”, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Naxçıvansığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.
Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro "Yaşıl Kart" sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.