Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 79 milyon 647,1 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 691,9 min manat və ya 26,5% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 62 milyon 955,2 min manat təşkil edib.