Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 20,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 min manat və ya 31,7% azdır.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 30,1 min manat təşkil edib.