Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 168 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 345 min manat və ya 41,9% çoxdur.
Keçən ilin eyni dövründə bu göstərici 823 min manat təşkil edib.
Hesabat dövründə bu sığorta növü üzrə ödənişlər edilməyib.