Azərbaycanda cari ilin 4 ayı üzrə peşə məsuliyyətinin könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 182 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 449 min manat və ya 61% çoxdur.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 733 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.