Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 492 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 414 min manat və ya 8% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 5 milyon 78 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 134 min manat təşkil edib ki, bu da illik müqayisədə 92 min manat və ya 3,2 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 42 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 2% olub. Bu da illik müqayisədə 1% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 1% idi.