Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istiandən xəbər verir ki, cari ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 61% təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% azalıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 81% təşkil edib.