Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 5 milyon 18 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 452 min manat və ya 9,9% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 4 milyon 566 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 126 min manat təşkil edib ki, bu da illik müqayisədə 34 min manat və ya 3,8 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 93 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 2,5% olub. Bu da illik müqayisədə 0,7% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 1,8% idi.