Azərbaycanda mülki məsuliyyətin könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyabr aylarında bu növ sığorta üzrə yığımlar 22 milyon 759 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 527 min manat və ya 7% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 21 milyon 232 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 140 min manat təşkil edib ki, bu da illik müqayisədə 52 min manat və ya 58,5% çoxdur. 2022-ci ilin eyni dövründə 88 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 0,6% olub. Bu da illik müqayisədə 0,2% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 0,4% idi.