Azərbaycanda ödəniş sistemləri bazarında fəaliyət gösətərn “FinDynemix” MMC daha bir şirkət yaradıb və sığorta bazarında da mövqe qazanmaq istəyir.
Eləcə də bax: Mərkəzi Bank sığorta üzrə hüquqi şəxs olan müstəqil ekspertə - LİSENZİYA VERİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “FinDynemix” MMC tərəfindən “CIB Sığorta Agentliyi” MMC təsis edilib.
Şirkət “CIBPay” MMC ilə eyni ünvanda – Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 13A, yaxud “Xətai İş Mərkəzi”də qeydiyyata alınıb.
“CIB Sığorta Agentiyi” MMC-nin direktoru Valid Sadıxov Fuad oğludur və nizamnamə kapitalı 100 manat olmaqla rəsmiləşdirilib. V.Sadıxov ana şirkət olan “FinDynemix” MMC-də kommersiya direktorudur.
Qeyd edək ki, “CIB” ödəniş sistemi, yaxud “CİB Pay” MMC 2022-ci ilin əvvəlinə qədər ölkənin prosessinq mərkəzi olan “Milli Kart” MMC-yə məxsus idi və ilin əvvəlindən “FinDynemix” MMC alıb.
“FinDynemix” 2019-cu ildə təsis edilib, onun nizamnamə kapitalı isə 592 000 manat təşkil edir.