Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortasına maraq azalıb.
Azərbaycanda sığorta haqları artıb – ÖDƏNİŞLƏR AZALIB
FED.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 2 milyon 569 min manat sığorta haqqı toplanıb.
Bu sığorta növü üzrə sığorta ödənişləri 617 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 1 milyon 625 min manat və ya 39% azalıb.
Bu sığorta üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 248 min manat yəni, 67,2% artaraq 617 min manat olub.