2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta bazarı 12%-ə yaxın böyüyüb.
FED.az Mərkəzi Banka istinadən xəbərverir ki, yanvar-sentyabr aylarında ölkə üzrə 731 milyon 220 min manat sığorta haqqı toplanıb. Bu ötən ilin eyni dörü ilə müqayisədə 75 milyon 600 min manat və ya 11,5% artım deməkdir. Sığorta ödənişləri isə 54 milyon 876 min manat (14%) azalaraq, 318 milyon 615 min manata düşüb.
Könüllü sığorta haqlarının
həcmi ötən illə müqayisədə 23,6 %, yəni 105 milyon 593 min manat artaraq 553 milyon 565 min manata yüksəlib.
Sığorta ödənişləri isə 12,1% yəni 34 milyon 40 min manat aşağı düşüb və 246 milyon 767 min manat olub.
İcbari sığorta haqlarının
məbləği əvvəlki illə müqayisədə 14,4 faiz, yəni 29 milyon 994 min manat azalaraq, 177 milyon 655 min manat olub.
Sığorta ödənişləri 22,5%, yəni 20 milyon 804 min manat azalaraq, 71 milyon 848 min manata düşüb.