Azərbaycanda yanvar-iyun ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 275 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 27 min manat və ya 82% çoxdur.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 1 milyon 248 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 38 min manat təşkil edib Ötən ilin eyni dövründə sığorta ödənişi olunmayıb.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.