Azərbaycanda yanvar-iyun ayları üzrə sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 270 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 182 min manat və ya 2,1 dəfə çoxdur.
2023-ci ilin yanvar-iyun aylarında bu göstərici 1 milyon 89 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 169 min manat təşkil edib ki, bu da illik müqayisədə 157 min manat və ya 14,6 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 12 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 6% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.