Azərbaycanda kreditlərin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 405 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 255 min manat və ya 2,1 dəfə çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 milyon 150 min manat təşkil edib.