Azərbaycanda peşə məsuliyyətinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 164 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 364 min manat və ya 45,5% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 800 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər və zərərlilik göstəricisi olmayıb.