Azərbaycanda könüllü qeyri-həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 78 milyon 135 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 41 min manat və ya 1,3% azdır.
Ötən ilin yanvar ayında bu göstərici 79 milyon 135 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 8 milyon 989 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 792 min manat və ya 24,9% çoxdur.
Ötən ilin eyni dövründə 7 milyon 197 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 11,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 9,1% təşkil edib.