Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 40 milyon 172 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 857 min manat və ya 17,1% çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 34 milyon 315 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 21 milyon 559 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 885 min manat və ya 9,6% çoxdur.
Ötən ilin eyni dövründə 19 milyon 673 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 53,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,7% azalıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 57,3% təşkil edib.