Azərbaycanda tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, ötən ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 121 milyon 11 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 751 min manat və ya 7,8% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 112 milyon 260 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 82 milyon 368 min manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 146 min manat və ya 17,3% çoxdur.
Ötən ilin eyni dövründə 70 milyon 222 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 68,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə % artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 62,6% təşkil edib.