Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr aylarında bu növ sığorta üzrə yığımlar 504 milyon 993 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 108 milyon 305 min manat və ya 27,3% çoxdur.
2022-ci ilin yanvar-dekabr aylarında bu göstərici 396 milyon 687 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 292 milyon 552 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 50 milyon 474 min manat və ya 20,9% çoxdur.
Ötən ilin eyni dövründə 242 milyon 78 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 57.9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,1% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 61% təşkil edib.