Azərbaycanda yanvar-iyun ayları üzrə könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımlar 81 milyon 45 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 563 min manat və ya 1% azdır.
Ötən ilin yanvar-iyun aylarında bu göstərici 81 milyon 608 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 45 milyon 60 min manat təşkil edib ki, bu da illik müqayisədə 9 milyon 914 min manat və ya 28% çoxdur.
Ötən ilin eyni dövründə 35 milyon 146 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 56% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 13% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 43% təşkil edib.