Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 77 milyon 129 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 093 min manat və ya 1% azdır.
Ötən ilin yanvar-may aylarında bu göstərici 78 milyon 222 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 37 milyon 749 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 milyon 826 min manat və ya 31 % çoxdur.
Ötən ilin eyni dövründə 28 milyon 923 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 49% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 12% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 37% təşkil edib.