Azərbaycanda könüllü tibbi sığorta üzrə yığım və ödənişlər artıb.
Azərbaycanda ölümdən sığortaya maraq azalıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 64 milyon 871,1 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 527,2 min manat və ya 4,1% çoxdur. Belə ki, keçən ilin fevral-aylarında bu göstərici 62 milyon 343,9 min manat təşkil edib.
Sığorta ödənişləri isə cari ilin yanvar-fevral aylarında 11 milyon 308,2 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 100,1 min manat və ya 0,9% artım deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 11 milyon 208,1 min manat təşkil edib.
Nəticədə 2022-ci ilin yanvar-fevral aylarında könüllü icbari sığortanın zərərlilik göstəricisi 18% təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici 17,4% təşkil edib.