Azərbaycanda həyatın ölüm halından sığortasının yığım və ödənişləri üzrə azalma qeydə alınıb.
Azərbaycanın qeyri-həyat sığortası sektorunun - MƏNFƏƏTLİLİYİ AZALIB
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 153,7 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 651,8 min manat və ya 13,6% azdır. Belə ki, keçən ilin fevral-aylarında bu göstərici 4 milyon 805,5 min manat təşkil edib.
Sığorta ödənişləri isə cari ilin yanvar-fevral aylarında 164,3 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 478,8 min manat və ya 4 dəfə azalma deməkdir.
Belə ki, keçən ilin müvafiq dövründə bu rəqəm 643,1 min manat təşkil edib.