Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 71 milyon 513 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 106 min manat və ya 32% azdır.
Ötən ilin yanvar-aprel aylarında bu göstərici 72 milyon 619 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 28 milyon 936 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 188 min manat və ya 27% çoxdur.
Ötən ilin eyni dövründə 22 milyon 748 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 40,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 9,1% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 31,4% təşkil edib.