Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 87 387,2 min manat sığorta haqqı toplanıb.
Eləcə də bax: Azərbaycanın icbari sığorta bazarı - 5%-dən Çox Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,9% artıb.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 50 832,5 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. (Apa)