Azərbaycanda könüllü sığortalar üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 118 milyon 307 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 816 min manat və ya 4,2% çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 113 milyon 491 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 30 milyon 547 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 677 min manat və ya 13,7% çoxdur.
Ötən ilin eyni dövründə 26 milyon 870 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 25,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,1% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 23,7% təşkil edib.