Azərbaycanda könüllüti tibbi sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 52 milyon 108min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 574 min manat və ya 9,7% azdır.
2023-ci ilin yanvar ayında bu göstərici 57 milyon 682 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 6 milyon 233 min manat təşkil edib ki, bu da illik müqayisədə 569 min manat və ya 10% çoxdur.
Əvvəlki ilin eyni dövründə 5 milyon 665 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 12% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 9,8% artıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 2,1% təşkil edib.