Azərbaycanda könüllü sığortalar üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 687 milyon 374 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 milyon 809 min manat və ya 24,3% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 553 milyon 565 min manat təşkil edib.