Azərbaycanda könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 481 milyon 888 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 71 milyon 222 min manat və ya 17% çoxdur.
Ötən ilin yanvar-may aylarında bu göstərici 410 milyon 666 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 220 milyon 316 min manat təşkil edib ki, bu da illik müqayisədə 86 milyon 796 min manat və ya 65% çoxdur.
Ötən ilin eyni dövründə 133 milyon 340 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 46% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 14% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 32% təşkil edib.