Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 482,652 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta şirkətlərinin vəziyyəti açıqlandı – CƏDVƏL, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına görə, bu, ötən ilin yanvar-oktyabr aylarına nisbətən 10,9% çoxdur.
Ötən 10 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% artaraq 223,048 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 299,848 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 80,7% artaraq 101,363 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-oktyabr aylarında 67,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29 manatdan 45,45 manata çatıb.